SƏN KÖçüB GEDƏLi, AY MƏMMƏD ARAZ DƏRDiMi DEMƏYƏ BiR KiMSƏ YOXDUR

ƏBÜLFƏT MƏDƏTOĞLU
31029 | 2007-11-24 07:24
Ədəbiyyat, söz adamı ilə həmsöhbət olmaq nə qədər asandırsa, bir o qədər də çətindir. Ona görə ki, həmin həmsöhbətim sözünü hər gün oxuyur, eşidir, düşüncələri ilə tanış olursan və ona görə də üzbəüz gələndə ondan təzə söz qoparmaq, təzə fikir eşitmək o qədər də asan olmur. Və bir az da açıq desəm, bəzən heç buna ümid də bağlamırsan. Çünki söz adamı artıq özü sənin soruşduqlarının bir qismini sənsiz kağıza köçürübdür. Yerdə qalan hissəsi isə ya hələ onun iç dünyasında doğulmayıb, ya da doğulubsa da hələ cilalanmayıb. Bütün bunları sözgəlişi elə-belə demirəm. Çünki atüstü söhbət etdiyim təkcə mənim yox, həm də çalışdığım qəzetin əksər əməkdaşlarının həmsöhbəti, sevimlisi olan Vəli Xramçaylı özünün dediyi və yazdığı kimi Dərviş Vəli hərdən bizdən inciyib küsür də. O, inciyib-küsməyini birbaşa demir, atmacalarla, ismarıclarla çatdırır. Mən də eləməyib tənbəllik özünün gözləmədiyi bir məqamda kəsdim qarşısını və çəkdim məhşər ayağına. Əgər buna məhşər ayağı demək olarsa...
   
   
   
   - Vəli, xoş gördük, nə var, nə yox, necəsən?
   
   - Xoş gördük, bu günə də şükür. Hələ ki, ayaq üstəyik, hələ ki, yaşayırıq.
   
   - Özün bilirsən ki, səni hər gün xatırlayıb, tez-tez də qəzetimizdə reklam eləyirik. Təbii ki, bu da sevgidəndir. Arada-bərədə lətifələrimizdən inciyirsən də. Amma bilirik ki, bu bir anın incikliyidi, tez də ötüb gedir. Çünki sən özünəməxsus keyfiyyətləri, jestləri, dəsti-ətti olan jurnalistsən, şairsən, dostumuzsan.
   
   - Mən sizdən heç vaxt incimirəm, heç mesaj-zad da yazmıram. Birinci, qəzetinizin daimi oxucusuyam, ikincisi, Aqil Abbasın, eləcə də sizin hər birinizin dostuyam, üçüncüsü, sizin kollektivinizə bu gün rəhbərlik edən İradə xanımın yazılarını doğrudan maraqla izləyirəm və nəhayət, əgər siz mənimlə zarafat eləyirsinizsə və bu da çox səmimi bir zaraftdırsa, onda mən sizdən niyə inciməliyəm ki? Onu da yadımdan çıxmamış deyim ki, maşallah, qəzetinizdə çox maraqlı yazılar, ədəbi-bədii nümunələr dərc olunur, təhlillər verilir. Səmimi deyirəm, bütün bunlar ürəyimcədi. Qısası, mənim sizdən incikliyim yoxdur, qardaş.
   
   - Vəli, atalar sözüdü, deyir "uman yerdən küsərlər".

TƏQVİM / ARXİV