adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Oktyabr 2014 14:00
5489
KRİMİNAL
A- A+

Rusiyada azərbaycanlı uşaq intihar edib

Moskvada 10 yaşlı uşaq yaşadığı mənzilin pəncərəsindən özünü ataraq intihar edib. Rusiya mətbuatının xəbərinə görə, Rusiya hüquq-mühafizə orqanları oğlanın atasının kim olduğunu artıq müəyyənləşdirib. O, Tula vilayətində qeydiyyatda olan 36 yaşlı Azərbaycan vətəndaşıdır. Oğlanın atası saxlanılıb və ona qarşı cinayət işi açılıb. Oğlunu özünü öldürmə həddinə çatdırmada təqsirli bilinən ata 5 il azadlıqdan məhrum oluna bilər. 
Qeyd edək ki, atasının danladığı 10 yaşlı oğlan bundan sonra intihar edib.