adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Oktyabr 2014 13:52
3819
SAĞLAMLIQ
A- A+

Tibbi sığorta 2016-cı ildən pilot layihə kimi tətbiq olunacaq

"Tibbi sığortaya 2016-cı ildən pilot layihə kimi tətbiq olunmağa başlanılacaq”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Komitə sədrinin sözlərinə görə, bu işlər ardıcıl olaraq aparılacaq və nəticələr verəcək, 2015-ci ildə də işlər davam etdiriləcək. 

Baş nazirin müavini Əli Əhmədovun tibbi sığorta sahəsində dünya təcrübəsinin öyrənilməsi üçün beynəlxalq tədbirinə toxunan H.Rəcəbli bu tədbirin Bakıda təşkil olunması təqdirəlayiqdir. Onun fikrincə, bu, Azərbaycanın səhiyyə sistemində islahatlar aparılması üçün də çox vacibdir: "Müzakirələr zamanı bəlli oldu ki, tibbi sığorta gərgin prosesdir, Türkiyə və Moldova tibbi sığorta məsələsini 5 ilə həyata keçirə bilib. Müzakirələrin əsas məqsədi dünya təcrübəsində olan səhvlər və müsbət məqamların müəyyənləşdirilməsinə xidmət edirdi”.