adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Oktyabr 2014 12:34
3862
MƏMLƏKƏT
A- A+

Radikal qruplar məscidlərə buraxılmayacaq

"Radikal qruplar bəzi yerlərdə məscidlərə müdaxilə edir, orada ayinlər həyata keçirməyə çalışırlar”. Adalet.az xəbər verir ki, bunu lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, DQİDK bu məsələni izahat aparmaq yolu ilə həll etmək istəyir. "Qafqaz Müsəlmanları İdarəsi hər hansı bir məscidə axund, imam təyin etməyibsə, həmin məscidlərin fəaliyyəti qeyri-qanuni hesab edilir. Qanunsuz fəaliyyət göstərən bu cür məscidlər çox az sayda qalıb”

Komitə sədri onu da vurğulayıb ki, DQİDK radikal qrupları həmin məscidlərdən uzaqlaşdırmaqla, icmaların ixtiyarına vermək istiqamətində iş aparır:

"Hər hansı radikal qrup özbaşına məscidi zəbt edib, orada ayin yerinə yetirə bilməz. "Ayinlər üçün azadlıqdır, amma məscidlər idarəçilik baxımından birbaşa Qafqaz Müsəlmanları İdarəsinə tabe olmalıdır”.-deyə, M. Qurbanlı əlavə edib.