adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Oktyabr 2014 12:09
11559
MARAQLI
A- A+

Məşhur tütün şirkəti siqaretə qarşı çıxdı

"Camel", "Winston”, "Viceroy", "Pall Mall", "More" kimi məşhur siqaretlərin istehsalçısı olan ABŞ-ın "Reynolds American" tütün şirkəti siqaret əleyhinə maraqlı addım atıb. Adalet.az xarici mətbuata istinadən məlumat verir ki, şirkət öz əməkdaşlarına iş yerində siqaret çəkməyi qadağan edib. Qadağa rəsmən gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Amma qadağa elektron siqaretlərə və çeynənən tütünə şamil edilməyəcək.

Şirkətin özünün siqaret istehsalçısı olmasına baxmayaraq, siqaretə qarşı çıxması ictimaiyyətdə maraqla qarşılanıb. Tütün şirkəti isə bunu siqaret çəkməyən işçilərin qayğısına qalma ilə izah edib.