adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Oktyabr 2014 12:01
11277
TEXNOLOGİYA
A- A+

Facebook-da unikal yenilik

Facebook-da artıq anonim ünsiyyət qurmaq mümkün olacaq və bu yeni proqramda bunun üçün qeydiyyat hesabı lazım olmayacaq.

Facebook-da anonim şəkildə ünsiyyətdə olmaq yeni "Rooms” (otaqlar) proqramını təqdim edib. Onun istifadəçiləri təxəllüslərlə təqdim olunan mövzuların müzakirəsində iştirak edə bilərlər, bundan başqa onlara sosial şəbəkədə qeydiyyat hesabı əldə etmək vacib deyil.

"Rooms”da istəyən hər bir kəs çatı aça, onu hər kəs üçün əlçatan edə bilər və yaxud da orada iştirak etmək üçün təkliflər göndərə bilər. İntefeys proqram xoşuna gələn "otağa” keçid edə biləcəyin xəbərlər lentini xatırladır.

Proqramın əsas "xüsusiyyəti” ondan ibarətdir ki, müxtəlif çatlarda ayrı-ayrı təxəllüs və adlardan istifadə etmək olar. "Otaqlar”da həmçinin şəkillər yerləşdirmək, video, qeydiyyat üçün rəngləri seçmək olar.

Facebook-da etiraf edirlər ki, proqramı işləyib hazırlamaq üçün intermetdə çoxlu müxtəlif ünsiyyət çatlarının olduğu 1990-cı illər ilhamlandırıb.

Proqram artıq ABŞ VƏ Böyük Britaniyanın istifadəçiləri üçün əlçatandır, amma hələlik Apple-ın İOS ptaforması üçün buraxılıb.