adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Oktyabr 2014 11:57
5529
MƏDƏNİYYƏT
A- A+

Bakıda keçirilən caz festivalı “Euronews”-da

"Euronews” telekanalının saytında oktyabrın sonlarında Bakıda keçirilən, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondu tərəfindən təşkil olunan illik caz festivalı haqqında məqaləsi yerləşdirilib.

Məqalədə deyilir ki, festivalı Ceyms Beyts və Tomas Morqan ilə birlikdə səhnədə olan Kreyq Teyborn açıb.

Bundan başqa, materialda məşhur caz ifaçılarının caz haqqında fikirləri yer alıb.

Məqalə müəllifinin fikrincə, azərbaycanlı caz ifaçısı Elçin Şirinov öz nəslinin ən parlaq caz ifaçılarından biridir və o, Bill Evans, Herbi Henkok və Bred Medlonun pərəstişkarıdır: "Elçin Şirinov ən yaxşı muğam ifaçılarından biridir, YUNESKO isə muğamı bəşəriyyətin mədəni irsinin incilərindən biri elan edib. Festival ABŞ-dan məşhur musiqiçilərin ifası ilə açıldı, amma məhz Azərbaycandan olan gənc virtuoz pianoçu Elçin Şirinovun ifası hamı tərəfindən gurultulu alqışlarla qarşılandı”.