DİLƏNÇİ DOĞULANLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
27348 | 2014-10-24 01:35
Yəqin ki, başlığı oxudunuz...g Yəqin ki, də söhbətin nədən, kimdən, hardan getdiyini təxmin etdiniz. İşdir, əgər fikirləşirsinizsə və yaxud tərəddüd içərisindəsinizsə, onda gəlin məşhur sovet filmində deyildiyi kimi, sizi çox da intizarda qoymayım, birbaşa mətləbə keçim və məsələnin mahiyyətini diqqətinizə çatdırım.
Bəli, hələ sovet dönəmində böyük "sovet ailəsində" yaşadığımız illərdə bəzilərimiz, o cümlədən də mən bir məsələdə çox maraqlı idim. Onun sirrini, mahiyyətini öyrənmək istəyirdim. Amma nədənsə heç kim bu barədə heç nə demirdi, ya da özünü eşitməməzliyə vururdu. Necə deyərlər, sualım havada qalırdı. Amma bütün sualların cavabı tarixdə var və gec-tez kimsə tarixə baş vurub o cavabı tapıb şərh edir. Beləcə, bizim sovet tərbiyəmiz laxlayandan sonra öyrəndik ki, erməni qadınları niyə "qədim peşənin" əsas daşıyıcılarıdı. Bunu elmi kommunizmin baniləri olan dünya şöhrətli Engels və Marksın, xüsusilə Engelsin əsərindən öyrənmək mümkün oldu. Bunu biləndən sonra mənim ikinci sualım cavab axtardı. O da hələ sovet dönəmində Ermənistanın Moskvanın yardımı ilə yaşaması idi. Bu ölkə demək olar ki, əksər sahələr üzrə SSRİ büdcəsndən dotasiya alırdı. Loru dildə desək, yardım. Doğrudur, bunu o vaxtkı "sovet düşüncəli" alimlərimiz bunu müxtəlif aspektlərdən izah edir, "hamının bir nəfər üçün, bir nəfərin də hamı üçün" prinsipini qabardır və nəhayət, Ermənistanın bir coğrafi ərazi kimi iqtisadi potensialının zəifliyini, yardıma ehtiyacı olduğunu bildirirdilər. Amma sən demə, bu heç də belə deyilmiş. Bunu ilk dəfə 1976-cı ildə İrəvanda olarkən anladım. Məni bu şəhər gəzməyə aparan qonşum - Tuğlu erməni (yəni Dağlıq Qarabağ ermənisi - Ə.M.) dedi ki, gəl, qızıl mağazalarına da bir baş çəkək, bəlkə xoşuna gələn bir şey oldu.
Doğrusu, 10-cu sinifin son aylarında oxuduğumdan yalnız valideyn yardımı ilə yaşayırdım. Ona görə də üstümdə hansısa bir qızılı alacaq qədər vəsait yox idi. Amma maraq güc gəldi. Çünki erməni "qızıl mağazaları" sözünü elə pafosla dedi ki, həqiqətən bu pafos adamı yerindən oynadıb onun iradəsinə tabe edirdi. Beləcə, İrəvanın baş küçələrinin birinin dalanına döndük. Bura nisbətən şəhərin qədim ərazisi sayılırdı və həyatımda ilk dəfə burada qızılın piştaxtanını üstünə sözün həqiqi mənasında bir zibil kimi töküldüyünü gördüm. Həmin qızılı satan da çox yaşlı bir erməni idi. Məni buraya gətirən Qarabağ ermənisi öz dilində "qonşuma hədiyyə almaq istəyirəm" deyəndə həmin satıcı erməni kobud bir şəkildə:
- Bu türkə hədiyyə alırsan? - dedi.
Yenə etiraf edim ki, həmin ana qədər doğulduğum kənddə, oxuduğum məktəbdə kimsə mənə türk olduğumu deməmişdi. Kifayət qədər oxuduğum, öyrəndiyim bilgilərdən mənə aydın idi ki, azərbaycanlıyam və Azərbaycan vətəndaşıyam. Ancaq bildiyim o idi ki, 1905-ci ildə erməni-müsəlman müharibəsi olub. Bizim kənddə bu müharibəni yaşayıb, hətta böyük Cəfər Cabbarlı "1905-ci ildə" əsərinin qəhrəmanlarını bu kənddən seçib.
İndi İrəvanlı erməninin "bu türkə hədiyyə alırsan" deməyi məni bir az özümdən çıxardı. Elə erməni dilindəcə ona dedim ki, "mən azərbaycanlıyam, bura da qonaq gəlmişəm və sənin satdığın qızıl da mənə lazım deyil". Dodağının altında donquldanan erməninin mağazasından çıxdım. Qarabağ ermənisi qoluma girib guya ki, üzrxahlıq etmək istədi və bildirdi ki, İrəvandakı bu daşnaq köpəkuşağı siz türkləri heç sevmirlər.
Artıq mən yanımdakı erməninin də əxlaqını gördüm və anladım. Sadəcə, mağazada bu qədər qızılın həmin erməninin haradan aldığını soruşanda o bildirdi ki, İrəvanda qızıl alveri edən ermənilər Suriyadan, Livandan, Türkiyədən köçüb gələnlərdi. Hökumət onlara icazə verib ki, gəlib burda yaşayıb alver etsinlər, həm də camaata köməklik göstərsinlər... Qarabağ hadisələri başlayanda mən həmin o İrəvandakı qızıl alveri edən daşnağın özünü və ətrafındakıları bir neçə dəfə doğulduğum kənddə gördüm. Onlar bizimlə birgə yaşayan Qarabağ ermənilərinə pul, silah paylayırdılar. Bax onda anladım ki, sovet hökuməti ermənilərə hansı gün üçün gün ağlayırmışg
Bəli, bütün bunlardan sonra hadisələrin inkişafı və ermənilərin hardan, necə qaynaqlandıqlarını, necə silahlandıqlarını artıq hər kəsə bəlli etdi. Təəssüf ki, bu dırnaqarası yardım artıq böyük bir kampaniyaya çevrilib. Özü də ən maraqlısı və əsəb doğuranı odur ki, ermənilərə həmin yardımı bilavasitə Dağlıq Qarabağ problemini çözməli olan böyük dövlətlər də göstərirlər. Yəni ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər bugünün özündə də ermənilərə həm birbaşa, həm də müxtəlif özəl qurumların vasitəsilə yardım göstərir, ianələr verirlər. Təbiətən yardıma, dilənməyə meylli olan ermənilər də artıq bu xəstəliyi süddən sümüyə keçiriblər. Yəni qədim peşənin davamı kimi dilənməyi də çox rahatlıqla həzm edə bilirlər. Ona görə də bu gün dünyanın müxtəlif guşələrində, xüsusilə də Fransa və ABŞ-da ermənilər kampaniyalar təşkil edib, ianələr toplayırlar.
Doğrudan da, Rusiyanın əlaltısına çevrilmiş, forfostu olmuş Ermənistan ayaqda qalmaq üçün hər vasitəyə əl atır - dilənir, yalvarır, maraqların istəyilə silahlanır. Ancaq bir məsələni unudur ki, özgədən gələn qidayla daimi dolanmaq mümkün deyil. Əgər Ermənistan bunu anlasa və öz xəstəliyini müalicə etməyə başlasa, bu həm onun üçün, həm də region üçün daha faydalı olar. Əks halda, regionda təklənən bütün böyük iqtisadi layihələrdən kənarda qalan, get-gedə daha çox küncə sıxılan Ermənistanı heç da xoşbəxt gələcək gözləmir.



TƏQVİM / ARXİV