adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Oktyabr 2014 11:33
9947
TEXNOLOGİYA
A- A+

Apple şirkətinin planşetlərinə maraq azalıb

Apple şirkətinin planşetlərinin satış göstəriciləri getdikcə aşağı düşür. 2014-cü ilin iyul-sentyabr aylarında iPad planşetlərinin satış həcmi azalıb. Apple-in saytındakı maliyyə hesabatı da bunu göstərir.

Bu rübdə Apple 12,3 milyon planşet kompüteri satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,77 milyon daha azdır. Əvvəlki iki rübdə, iPadin satış həcmi, həmçinin azalıb. Amma Apple korporasiyası cari rübdə yeni iPad Air 2 və iPad mini 3 qurğularının satışları hesabına bu tendensiyanı aradan qaldırmağa ümid edir.

Bu halda hesabat rübündə iPhone-nun satış həcmi xeyli artıb: Apple ötən ilin müvafiq dövrü (33,8 milyon) ilə müqayisədə 39,3 milyon smartfon satmağa nail olub. Yeni iPhone 6 və iPhone 6 Plus qurğularının birinci dalğa ölkələrinə satışları nəticəyə təsir edib. Appleın məlumatına görə, birinci həftəsonu təxminən 10 milyon yeni qurğu satılıb.