Baş nazirin müavini müxalifətdəki istefalara toxundu
"Azərbaycanda müxalifətin siyasi iflasa uğraması hamıya məlumdur və bu, bir neçə ildir davam edən bir prosesə çevrilib".
Bunu Trend-ə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Müsavat Partiyası və AXCP daxilində baş verən gərginliyə və istefalara münasibət bildirərkən deyib.
Ə.Əhmədov bildirib ki, vətəndaşların müxalifət partiyalarına inanmaması, etimad göstərməməsi müxalifətin siyasi iflasının bariz nümunəsidir və hər bir Azərbaycan vətəndaşı illərdir ki, bunun şahididir: "İndi iflas prosesi müxalifət partiyalarının daxilinə keçib. Bunun aydın ifadəsini bu gün müxalifət partiyalarının içərisində olan proseslərdə müşahidə etmək olar. Özü də bu, təkcə Müsavat Partiyasında deyi, AXCP-də də aydın şəkildə müşahidə olunmaqdadır".
Onun fikrincə, bu, onun göstəricisidir ki, bu partiyaların indiki şəkildə, indiki ideoloji baxışlar çərçivəsində mövcud olmasının mənasızlığını artıq həmin partiyalarda fəaliyyət göstərən insanlar da dərk etməyə başlayıblar: "Onlar partiya daxilində çəkişmələri ilə sübuta yetirirlər, öz aralarında etiraf etmiş olurlar ki, bunlar səhv yoldadırlar. Birincisi, ideoloji baxımdan, ikincisi də apardıqları mübarizə metodları baxımından səhv yoldadırlar. İnkarçılıq, qərəzçilik heç bir siyasi təşkilata heç zaman uğur gətirməyib və nəticə etibarilə istər Müsavat Partiyasında olan insanların əksəriyyəti, istər AXCP-də fəaliyyət göstərən insanlar dərk etməyə başlayıblar ki, apardıqları mübarizə metodları təkcə cəmiyyət üçün deyil, həmin partiyaların özləri üçün də ziyanlıdır. Bu dərketmə bü gün həmin partiyaların daxilində baş verən proseslərin əsasını təşkil edir
Digər Xəbərlər
24 Aprel 2024 20:48
Ali qonağın şərəfinə dövlət ziyafəti - YENİLƏNİB
24 Aprel 2024 18:53Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini andı
24 Aprel 2024 18:49“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb
24 Aprel 2024 18:35Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB- VİDEO
24 Aprel 2024 14:37