çÖKHAçÖK

ƏBÜLFƏT MƏDƏTOĞLU
38505 | 2007-11-23 06:52
Deməli belə, payız özünü əməlli-başlı göstərir. Havadan bir ümidsizlik, bir ağrı-acı, bir niskil tökülür. Elə bil hər şeyin sonudu... zaman indi dayanacaq, həyat donacaq və... Və bu yerdə nədənsə yadıma həzin bir musiqinin, daha doğrusu, məşhur "Qaragilə" mahnısının sözlərindən bir misra düşür:
   
   - Gəlmişəm otağına oyadam səni...
   
   Hə, bu mahnını çoxları sevirdi, sevir və sevəcək də. Çünki adamı çox uzaqlara çəkib aparır bu mahnıdakı romantika... Nə isə. Heç bilmirəm hardan yadıma düşdü... Yox, xatırladım. Dünənki "Şərq" qəzetini vərəqləyirdim. Diqqətimi bir başlıq çəkdi. Həmkarlarım yazmışdı ki, "Bayıl yamacı çökmə təhlükəsi qarşısındadı". Dünyanın işinə bax ey... Türk qardaşlarımız demiş, qos-qoca Bayıl yamaca da çökür. Amma öz aramızdı, bu yamac nələrin şahidi olmayıb... Ordan boylanıb baxanda adamın yadına o qədər də uzaq olmayan Stepan Razin, bolşeviklər, dənizdən üzüb gələn məşhur Koba (yəqin ki, Stalini xatırladınız), Xanlar Səfərəliyev, eləcə də Bakı qırğını -"20 Yanvar" faciəsi və daha nələr, nələr düşür... Hələ mən bu yamacdakı ağaclar arasında yaşanan digər məqamları demirəm. Nə isə... Çökdü Bayıl yamacı, yaman çökdü. Amma öz aramızdı dibini az oymadıq ha, bu yamacın...
   
   
   
   ***
   
   
   
   İran da deyəsən çökür. Özü də elə-belə yox, pərdələnmiş şəkildə. Pərdələnmiş deyəndə ki, sağ əlini uzadıb sağ qulağını tutmur, bir balaca özünə zəhmət verib sol qulağını tutur. Bunu məcazi mənada deyirəm. Əsl həqiqətdə isə İranın xarici işlər naziri mətbuata açıqlamasında bildirib ki, ABŞ-dan onlara İsveçrə səfirliyi vasitəsi ilə bir ismarıc gəlib, loru dildə desəm, Tehrandakı İsveç səfiri söz aparıb, söz gətirib, yəni xəbərçilik edib. İranın xarici işlər nazirinə deyib ki, bəs Buş müəllimin, Kondaliza xanımın adamları sizə elçi gəlmək istəyir. Yəni rəsmi şəkildə sizlə yenidən danışıqlara başlamaq arzusundadılar. Qızı evdə qalmış bir para adamlar kimi İranın xarici işlər naziri də o dəqiqə deyib ki, buyursunlar. Onlarla danışıqlara (oxu, yəni elçilərnən çay süfrəsi arxasında oturmağa hazırıq. Çayın tərkibini sonra fikirləşərik) getməyə razıyıq. Bu yerdə adam əlini dizinə çırpmayıb neyləsin. O boyda söz-söhbətdən, o boyda dartışmadan sonra belə yumuşalmaq bir az ayrı cür səslənir, ayrı cür görünür. Nə isə...
   
   Təbii ki, bu İranın öz daxili işidir. İstər danışıqlara gedər, istər barışıqlara, istər savaşa. Hansı xeyirlidir Allah ona calasın. Şəxsən mən istəmərəm ki, qonşumda dava-dalaş, qalmaqal olsun. Ən azı ona görə ki, onun barıt qoxusundan biz də udmalı olacağıq. Deməli, bütün bunlardan sonra təkcə təəssüf etdiyim odur ki, hə, deməli İran da "çökdü".
   
   
   
   ***
   
   
   
   Atalar yaxşı deyib: "Hər aşığın öz dövranı var". Hətta dünyasını dəyişmiş şairlərimizdən birinin - Məmməd Rahimin sözləridir, mahnıda oxuyurlar.
   
   
   
   Hər aşiqin dövranı var,
   
   Hər bir bağın bağbanı var.
   
   Hər bağçanın reyhanı var-
   
   Rahimin öz calalı, öz calalı var,
   
   O bənzəməz gülə bülbül, gülə bülbül.
   
   
   
   Allah rəhmət eləsin. İndi söz sözü çəkir. Rəhmətlik Sabit Rəhman da yada düşür. Onun da məşhur bir komediyası var, "Əliqulu evlənir". Xatırlayın bir anlıq, orda (Ağasadıq

TƏQVİM / ARXİV