adalet.az header logo
  • Bakı 13°C
23 Oktyabr 2014 22:27
4610
MƏMLƏKƏT
A- A+

Nazir vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov oktyabrın 29-da Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edəcək.

 

Bu barədə Adalet.az-a Ədliyyə Nazirliyinin mətuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, qəbulda Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

 

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

 

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar İmişli regional ədliyyə şöbəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-12-13), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Füzuli rayonu Heydər Əliyev Mərkəzində (əlaqə telefonu: (055) 621-70-61) qəbula yazıla bilərlər.

 

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.