adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Oktyabr 2014 22:15
4642
SİYASƏT
A- A+

Çexiya prezidenti Azərbaycana gələcək

Çexiya prezidenti Miloş Zeman 2015-ci ilin fevral-mart aylarında Azərbaycana səfər edəcək. 


Adalet.az-ın APA-ya istinadən məlumatına görə, bunu Praqada səfərdə olan azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın Çexiyadakı səfir Fərid Şəfiyev deyib.

O bildirib ki, dekabrın əvvəlində Çexiyanın ticarət və sənaye naziri də Azərbaycana səfər edəcək: "Həmin səfər zamanı Biznes Forumun keçirilməsi planlaşdırılır”. 

F.Şəfiyev əlavə edib ki, Çexiya və Azərbaycan arasında əlaqələr yaxşı inkişaf edir: "Gələn il Çexiya prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Əlaqələr çərçivəsində iqtisadi məsələlər ön plandadır. Kənd təsərrüfatı və sənaye sahəsində də əlaqələr prioritetdir. İki ölkə arasında dostluq münasibətləri mövcuddur”.