adalet.az header logo
  • Bakı 13°C
23 Oktyabr 2014 21:25
3633
MƏMLƏKƏT
A- A+

Mirzə Şəfi Vazehin adını daşıyan yeraltı keçid açıldı

Mirzə Şəfi Vazehin 220 ilik yubleyi münasibəsi ilə Gəncədə şairin adının daşıyan yer alıtı keçidin açılışı olub. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncənin Şah İsmayl prosspektində,  Azərbaycan Texnologiya Universitetinin qarşısında yerləşən keçid yenidən bərpa olunaraq əhalinin istifadəsinə verilib. Tədbirdə şəhər rəhbərliyi, icitmayət nümayəndələri, tələbələr və ziyalılar iştirak edib. Şəhərdə sayca 3 çü olan keçidin istifadəyə verilməsi yaxınılıqda yerləşən ali təhsil oçağının tələbələrinə və sənaye müəssisəsinin işçilərinə, eləcə də bu ərazidə yaşayan sakinlərin təhlükəsizliyinə və sərbəst hərəkətinə imkan yaradacaq. Qrunt və yağış sularının kənarlaşdırılması üçün keçiddə drenaj xətləri çəkilib, lazımi texniki avadanlıqlar quraşdırılıb. Keçiddə paslanmayan metaldan dekorativ məhəccərlər qoyulub, təhlükəsizilik kəmerası ,eyni zamanda əlil arabalarının hərəkəti üçün şərait yaradılıb.Keçidin açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək burada həyata keçirilən işləri yüksək qiymətləndirib.

 

Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazehin adını daşıyan keçid dekorativ mərmər daşla üzlənib. Bundan başqa keçiddə Gəncənin rəmzlərini özündə əks etdirən suvinerlərin satışıda nəzərədə tutulub.