adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Oktyabr 2014 17:51
4145
MƏMLƏKƏT
A- A+

Dini Komitənin yeni regional şöbələri yaradılacaq

"Hər bir rayonda icra başçısı müavininin rəhbərlik etdiyi Dini Məsələlər üzrə Komissiya fəaliyyət göstərir”. 


Adalet.az xəbər verir ki, bunuLent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, bununla yanaşı, Dini Komitənin də regionlarda şöbələri fəaliyyət göstərir. "Lakin şöbələrin sayı bizi qane etmir. Hesab edirik ki, indiki şəraitdə şöbələrinin sayını daha da artırmaq lazımdır”. Komitə sədrinin sözlərinə görə, regional şöbələrdə kadrların azlığı bəzi məsələlərin həllini yubadır.  "Məsələn, Qərb bölgəsindəki şöbəmiz Gəncədə yerləşir. Həmin şöbənin əhatə dairəsi Naftalandan Qazaxa qədərdir. Bu boyda ərazini əhatə edən şöbənin cəmi dörd işçisi var. Dörd işçi ilə böyük bir ərazidə monitorinq aparmaq o qədər asan deyil”.

 

Sədr vurğulayıb ki, Komitə tərəfindən dini sabitliyin olduğu bir şəraitdə qabaqlayıcı tədbirlərin görülməsi üçün bir sıra addımlar atılmalıdır: "Dini Komitənin Bakı şöbəsi mərkəzi aparatda yerləşir. 12 rayonu əhatə edən bu şöbənin cəmi dörd işçisi var. Bu isə işin keyfiyyətinə mənfi təsir göstərir. Bakı regional şöbəsi ayrıca bina ilə təmin edilməsi və işçilərinin artırılması ilə bağlı təklifimiz var”.