adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Oktyabr 2014 17:13
4203
SAĞLAMLIQ
A- A+

Plastik əməliyyatın tarixi

Bu gün tarixə ilk plastik cərrahiyyənin edildiyi gün kimi düşüb. Rəsmi tarix 1814-cü il götürülsə də, ümumiyyətlə, plastik cərahiyyənin ilk işlərinin eramızdan əvvələ gedib çıxdığı bildirilir. Təxminən 3 min əvvəl qədim Misirdə dovşandodağın düzəldilməsi, əzilmiş burunun yenidən bərpasını həyata keçirirmişlər. 

Hindistanda da Suşita adlı həkim ilk plastik burun əməliyyatını edib. O qopmuş burunu yenidən üzə birləşdirməyi bacarıb. Əldə olunmuş qədim mənbələrdə bu əməliyyatlar haqqında məlumatlar bunu sübut edir. VII əsrdə İsgəndəriyyədə həkim Paulos isə süd vəzisinin kiçildilməsi əməliyyatını (indiki liposaksiyaya bənzər) həyata keçirib. Avropada isə italiyalı həkim Qaspar ilk dəfə qopmuş burunu yenidən üzə birləşdirmək əməliyyatını uğurla yerinə yetirib. 1850-ci ildə Vinsens adlı həkim isə insan bədəninin başqa yerindəki piy vəzilərini sinəyə yerləşdirməklə ilk sinə böyüdülməsi əməliyyatını həyata keçirib. 

Başqa bir versiyada isə ilk plastik cərrahiyyənin 1916-cı ildə həkim Harold Qillis tərəfindən edildiyi bildirilir. O, alt çənə plastikasını həyata keçirib. Həmçinin o, 1946-cı ildə, kişi cinsiyyətini qadınla dəyişib, 1951-ci ildə isə əksinə olaraq qadın cinsi üzvünü götürərək onu kişi cinsi üzvü ilə əvəz edib.

Hər il milyonlarla insan sifət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyyəyə müraciət edir. Psixoloqlar bildirirlər ki, həssas insanlarda xarici görünüşlərini qiymətləndirmə emosiyalarla bağlı olur. Depressiyaya meyilli olanlar və ya xarici görünüşünü layiqincə qiymətləndirməyənlər bəzən düşünürlər ki, plastik əməliyyat onların bütün problemlərini həll edəcək. Bu, ciddi və təhlükəli yanılmadır. Mütəxəssislər bildirirlər ki, onların problemi psixolojidir, ona görə belə insanlara plastik cərrahın yox, psixoterapevtin köməyi lazımdır. Bir çox cərrahlar yeniyetmələri, depressiyadan və digər psixoloji pozğunluqdan əziyyət çəkənləri emosional problemləri həll olunmayana qədər əməliyyat etməkdən imtina edirlər.  

Statistikaya görə, estetik əməliyyatlarla bağlı müraciətlərin çoxu burun əməliyyatları ilə bağlıdır. Sonrakı yeri qarın və süd vəzisi əməliyyatları tutur. Bundan sonra üzün dartılması, göz qırışlarının aradan qaldırılması və s. gəlir.

Burun əməliyyatları ilə bağlı müraciət edən xəstələrin 50 faizi gənclərdir. Bu əməliyyat üçün 17 yaşdan tutmuş 50 yaşadək insanlar müraciət edirlər. Onların 50 faizini 17-25 yaş arası gənclər təşkil edir. Sonrakı müraciətlər isə daha çox 35-50 yaş arasında olan həm xanımlar, həm də kişilərdir.