adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Oktyabr 2014 19:05
8257
HADİSƏ
A- A+

Bakıda avtobus ağır qəzaya düşdü - xeyli yaralı var

Yaralıların şəxsiyyəti müəyyənləşib

Bu gün Bakının Qaradağ rayonunda baş verən yol qəzasında yaralananların adları məlum olub.

Klinik Tibbi Mərkəzdən (KTM) verilən məlumata görə, Bakı-Qazax yolunun 16-cı kilometrliyində baş verən qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 14 nəfər xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:

1994-cü il təvəllüdlü Abdulla Pəhləvan oğlu Abışov, 2007-ci il təvəllüdlü Yasər Səid oğlu Məmmədov, 1983-cü il təvəllüdlü Yulanə Abduləzim qızı Məmmədova, 1973-cü il təvəllüdlü Rafiq Kamran oğlu Səfərəliyev, 2009-cu il təvəllüdlü Saray Gülşad qızı Əsədova, 1989-cu il təvəllüdlü Vüsalə Abdulla qızı Əsədova, 1989-cu il təvəllüdlü Tural Şahsuvar oğlu Əsədov, 1989-cu il təvəllüdlü Heyran Məhəmməd qızı Məmmədova, 1965-ci il təvəllüdlü İmdad Azad oğlu Məmmədov, 1982-ci il təvəllüdlü Nurlan Soltan oğlu Sultanov, 2009-cu il təvəllüdlü Tural Mirabbas oğlu Əsədov, 1985-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Abdullayeva

KTM-dən həmçinin bildirilib ki, qəza zamanı xəstəxanaya gətirilən sərnişinlərin ikisinin adını müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Qəza zamanı ölən şəxslərin cəsədi Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ Rayon şöbəsinə yerləşdirilib. Şöbədən verilən məlumata görə, qəza zamanı ölən iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.

*****
15:50
Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. Apa-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, "Ford” markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı "Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb.

Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.

*****
15:26
Bakıda avtobus qəzası baş verib.

Hadisə şahidlərinin Apa-ya verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb. Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb. Nəticədə xeyli sayda sərnişin xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından  verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər salan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

Hazırda yol polisi hadisə yerində araşdırma aparır.