adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Oktyabr 2014 14:50
1971
HADİSƏ
A- A+

Körpənin ölümünə görə cinayət işi açılıb

Bakıda atılmış körpəni müalicə edə bilməyən həkimlərə cinayət işi açılıb.

Bakı şəhər prokurorluğundan Adalet.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 1 saylı körpələr evinin qarşısında yeni doğulmuş uşaq aşkar olunub. Ona körpələr evində təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən müvafiq tibbi yardım göstərilib. Buna baxmayaraq, körpə qız orada vəfat edib. Bu fakta görə Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.