adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Oktyabr 2014 14:36
5361
HADİSƏ
A- A+

Piyada avtobusun altında belə qaldı - Video

Ölən şəxsin kimliyi araşdırılır

Bakıda sərnişin avtobusu qəza törədib.


Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 82 saylı xətt üzrə hərəkət edən "Daewoo” markalı, 10-TG-011 dövlət nömrə nişanlı sərnişin avtobusu şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlarında kişini vuraraq öldürüb.

Hadisə yerinə cəlb olunan xilasedicilər piyadanın cəsədini avtobusun altından çıxarıblar.


Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.