adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Oktyabr 2014 12:21
11522
ŞOU-BİZNES
A- A+

Namiq Qaraçuxurlunun ayrıldığı həyat yoldaşı və uşaqları

Vaxtilə evləndiyini və iki uşaq atası olduğunu dəfələrlə inkar edən tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı və oğlanlarının fotoları yayılıb.

Adalet.az anspress-ə istinadən xəbər verir ki, Namiq Qaraçuxurlu uşaqlarının anası Solmaz xanımla evlənərkən çox gənc olub. Ailə qurarkən Namiqin 23, Solmaz xanımın isə 24 yaşı olub.

Solmaz Şükürova 1977-ci il təvəllüdlüdür. Namiq isə 8 noyabr 1978-ci ildə doğulub.

Keçmiş cütlüyün rəsmi nikahı 30 avqust 2001-ci ildə Suraxanıda 2 saylı VVAQ-da bağlanıb. Rəsmi nikahdan sonra Solmaz Namiqin soyadını götürüb və Solmaz Şükürova kimi qeydiyyata alıınıb.

Bu evlilikdən onların iki övladı dünyaya gəlib. Ümid 7 iyul 2002-ci ildə, Ülvi isə 27 noyabr 2003-cü ildə doğulublar.

Başı şou-biznesdə uğur qazanmağa qarışan Namiq Qaraçuxurlunun ailəsi qısa müddətdə dağılıb. Artıq 2004-cü ilin mart ayından onlar ayrılırlar. Bir ildən sonra isə rəsmən boşanıblar.

Namiq və Solmaz Şükürovaların rəsmi nikahı 2 dekabr 2005-ci ildə Suraxanı rayon məhkəməsində pozulub.

İki oğul anası olan Solmaz xanım bu illər ərzində ailə qurmayıb.

Əldə etdiyimiz məlumata görə, Solmaz xanım ailə təhsillidir və övladlarına yaxşı tərbiyə verib.