adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Oktyabr 2014 14:25
3675
HADİSƏ
A- A+

DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda 20 yaşlı qızın başının kəsilməsi ilə bağlı məlumat yayıb. "OLAYLAR”ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 22-də Günel Nuriyevanın bıçaqla qətlə yetirilmiş meyiti Xətai rayonu X.Məmmədov küçəsində yaşadığı mənzildə tapılıb. Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Nuriyevanın bacısı Pərvanə tutulub.