adalet.az header logo
  • Bakı 19°C
23 Oktyabr 2014 14:13
3087
HADİSƏ
A- A+

Himalay dağında həlak olan alpinistin meyiti tapıldı

Himalay dağlarında faciəli şəkildə ölən azərbaycanlı alpinist Murad Aşurlunun meyiti tapılıb. Bu barədə Apa-ya Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov məlumat verib. Onun sözlərinə görə, bu xəbəri Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu telefon əlaqəsi zamanı bildirib. 

S. Mursaqulov həmçinin qeyd edib ki, M. Aşurlunun harada dəfn ediləcəyi hələlik müəyyənləşməyib: "Mərhum uzun illər idi, ailəsi ilə birgə ABŞ-da yaşayırdı. Hazırda da ailə üzvləri ABŞ-dadı. Onun harada dəfn ediləcəyi hələlik müəyyənləşməyib”.

Qeyd edək ki, 42 yaşlı Murad Aşurlu Himalay dağlarında hündürlüyü 6856 metr olan Ama Dablam yüksəkliyindən enərkən hündürlükdən yıxılaraq həlak olub. O, Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun əmisi oğludur.

İsrafil Aşurlu da hadisə ilə əlaqədar Nepala gedib.