adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Oktyabr 2014 13:58
4806
DÜNYA
A- A+

ABŞ prezidentini devirən jurnalist vəfat edib

"Washington Post” qəzetinin qurucusu Ben Bredli 94 yaşında vəfat edib.  Bu barədə məlumatı "Washington Post" qəzeti yayıb. 

Bredlinin başçılıq etdiyi "Washington Post" qəzeti Watergate qalmaqalını işıqlandırmasına görə vaxtilə Pulitzer mükafatı alıb. Məhz bundan sonra ABŞ prezidenti Richard Nikson 1974-cü ildə prezidentlikdən getməyə məcbur olub. Belə ki, 1972-ci ildə R.Niksonun adamları "Demokratlar” partiyasının üzvlərinin qaldığı  Watergate otelindəki otaqlarına gizli "böcək”lər (səs yazmaq üçün kiçik cihazlar) yerləşdirməyə cəhd göstərmişdilər. Bunu edənlər tutulmuş və kim tərəfindən göndərildiklərini etiraf etmişdilər. Buna görə də dövlət başçısı postunu təhvil verməli olmuşdu.

Hazırki dövlət başçısı Barak Obama da Bredlini ölkənin ən ali mükafatlarından biri olan "Azadlıq” Prezident Mükafatına layiq görüb.