adalet.az header logo
  • Bakı 20°C
23 Oktyabr 2014 12:48
4395
DÜNYA
A- A+

Ukraynada 7 rus filminin nümayişi qadağan olundu

Ukraynanın Dövlət Kino İdarəsi daha 7 rus filmini qadağan edib.

"İstintaq Komitəsi", "Spetsnaz", "Kadetlik", "Desantura", "Dəniz piyadaları" və s. filmləri bundan sonra nə televiziyada, nə də kinoteatrlarda göstərmək olar.

Ukraynanın Dövlət Kino İdarəsinin rəhbəri Filip İlyenko deyib ki, bu qərarı Donbasda rus işğalçıları ilə döyüşən Ukrayna hərbçilərinin xahişi ilə qəbul ediblər. 

Çünki sözügedən filmlərdə "Rusiyanın güc strukturları təriflənib göylərə qaldırılır".  

Bundan əvvəl Ukraynada daha 13 rus film və serialı qadağan edilib.