adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 Oktyabr 2014 12:15
4930
GÜNDƏM
A- A+

ABŞ-dan əfv sərəncamına müsbət qiymət

ABŞ Dövlət Departamenti Azərbaycan prezidentinin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə Həsən Hüseynli də daxil olmaqla vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayıb.

"Azadlıq” radiosunun məlumatına görə, bəyanatda deyilir ki, iyul ayında xuliqanlığa dair şübhə doğuran ittihamla məhkum edilmiş Həsən Hüseynli və onun başçılıq etdiyi QHT Bakıdakı ABŞ səfirliyi ilə tələbə mübadiləsi, təhsil müşavirliyi sahəsində əməkdaşlıq edirdi: "Onunla birlikdə, eyni gündə üç gənc fəal – Bəxtiyar Quliyev, Şahin Novruzlu və Elsevər Mürsəlli də həbsxanadan buraxılıblar”.