adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Oktyabr 2014 12:05
4342
DÜNYA
A- A+

Vnukovanın baş direktoru istefa verdi

"Total” neft şirkətinin də aralarında olduğu 5 nəfərin ölümü ilə nəticələnən faciədən sonra Rusiyanın Vnukova hava limanın rəhbərliyində istefalar baş verib. 


Adalet.az xəbər verir ki, bu barədə aeroportun rəsmi saytına məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, oktyabrın 20-dən 21-nə keçən gecə yaşanan faciəvi hadisə ilə bağlı Vnukova beynəlxlaq hava limanının baş direktoru Andery Sergeyeviç və direktorun müavini,  ehtiyatda olan general-leytenant Sergey Solnçev istefa verib. 

Xatırladaq ki, qəza oktyabrın 21-i Vnukova hava limanında "Total” neft şirkətinin prezidentinin də uçduğu kiçik ölçülü təyyarənin qar təmizləyən maşınla toqquşması nəticəsində baş verib.