adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Oktyabr 2014 11:50
17328
HÜQUQ
A- A+

Dəhşətli qətllə bağlı rəsmi məlumat

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda 20 yaşlı qızın bacısı tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 16-radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq eskpertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G.Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.