adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Oktyabr 2014 11:34
9382
KRİMİNAL
A- A+

Bakıda bacısının başını kəsən qız saxlanılıb

Bakıda 20 yaşlı tələbənin bacısı tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Trend-in əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, dünən G.Niruyevanın yaşadığı Xudu Məmmədov küçəsi, ev 20, mənzil 39 ünvanında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. G.Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəbində oxuyurmuş.