adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Oktyabr 2014 18:14
3772
MƏMLƏKƏT
A- A+

Şəmkir ilə Litvanın Şaulyay şəhəri qardaşlaşdı

Bu gün Şəmkir şəhərində Azərbaycan və Litva arasında "Qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında” Niyyət Protokolu imzalanıb.

Azərbaycan Vergilər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, sənədi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Şaulyay şəhərinin meri Yustinas Sartauskas imzalayıblar.

Bildirilib ki, ölkəmizin regionları arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsi ümumilikdə ölkələr arasında münasibətlərin dərinləşdirilməsinə imkan verəcək. Azərbaycanın Şəmkir şəhəri ilə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması bu prosesə mühüm bir töhfə olacaq.

"Qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında” Niyyət Protokoluna əsasən, gələcəkdə Şəmkir və Şaulyay şəhərləri arasında qarşılıqlı əlaqələrin qurulması, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.