adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Oktyabr 2014 17:46
3834
MƏMLƏKƏT
A- A+

Sabah Bakının mərkəzi susuz qalacaq

Sabah Bakının bəzi yerləri susuz qalacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhəri Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində 500 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar 23 oktyabr 2014-cü il tarixdə Ruhulla Axundov, Füzuli, 28 May, Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə içməli su gün ərzində məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abunəçilərdən üzr istəyir.