adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Oktyabr 2014 17:33
9873
MARAQLI
A- A+

Aviaqəzalardan sağ çıxan məşhurlar

Məşhur adamların həyatda bəxtləri gətirmiş insanlardan olduğunu düşünürük. Elədir ki var! Onlar nəinki şöhrət sarıdan bəxtəvər olurlar, həm də həyatları da sanki sığortalanmış olur. Məsələn, tanınmış simaların əksəriyyəti qəzalardan möcüzəvi şəkildə sağ-salamat çıxmış insanlar olur. Yadımdadır, Türkiyədə ağır zəlzələ olanda, insanların ağlına gələn və yüksəkdən düşündüyü ilk sual belə oldu: "Bu qədər zəlzələ qurbanlarının arasında niyə bir dənə də olsun tanınmış adam yoxdu? Yoxsa zəlzələ də onları sayıb hörmət edir?”

Bu dəfə isə aviaqəzalar tanınmışları tanıyıb onlara "ilişməyib”. Rusiya mətbuatının araşdırmasına görə, təyyarə qəzalarında bəxtləri gətirmiş məşhurlar heç də az deyil. Onların başında ABŞ prezidenti Barak Obama gəlir. Vaxtilə aviaqəzada bəxt onun üzünə gülməsəydi, prezident ola bilməyəcəkdi, yəni dünyadan elə senator olaraq köçəcəkdi.  Belə ki, 2008-ci ildə İllinoys ştatının senatoru olan Obamanın olduğu kiçik təyyarə eniş edərkən digər bir təyyarə ilə toqquşur. Amma pilotun səriştəsi sərnişinlərin yüngül xəsarətlə qurtulmasına imkan verir.  

2000-ci ildə Hollivud aktrisası Sandra Ballokun sərnişi olduğu təyyarə gecə reysi edərkən havanın qatı dumanlı olmasından məcburi eniş edir. Bu təyyarədə başqa birisi ilə toqquşur. Təyyarənini korpusu ciddi xəsarət alsa da, sərnişinlər arasında yaralananlar olmur.

Daha bir Hollivud aktyoru Conni Dep Meksikaya uçan təyyarədə sağ-salamat enməsi üçün Allaha yalvarmalı olur. Təyyarənin mühərriki qəfil xarab olduğundan 2 dəqiqəlik gərginlik yaşanır. Üzüaşağı uçan təyyarə sərnişinlərə dəhşət yaşadır. Daha sonra qəzayla bağlı müsahibə verən aktyor həmin 2 dəqiqə ərzində öləcəyini düşündüyünü bildirmişdi: "İnsanlar bir-birlərinin üzünə baxırdılar. Hamı şokda idi və düşünürdük ki, vəssalam, indi öləcəyik!”.