adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Oktyabr 2014 17:19
5258
MƏMLƏKƏT
A- A+

Masallıda gənclər “ağ ölüm”ü müzakirə ediblər

Masallıda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Sağlam Həyat Naminə” layihəsi həyata keçirilib. Tədbirdə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov və şəhərin ictimai fəal gənclər iştirak edib. Layihənin rəhbəri Bəxtiyar Məmmədov çıxışında bildirib ki, layihənin əsas məqsədi nakomaniyaya qarşı mübarizə və sağlam yaşam tərzi ilə bağlı gənclər arasında mütəmadi olaraq maarifləndirmə işini aparmaqdır. O qeyd edib ki, son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas hədəfi gənclərin sağlam böyüməsi və bununla bağlı təbliğatı işlərin aparılmasıdır. Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov dünyada narkomaniya əleyhinə böyük mübarizənin aparıldığını qeyd edərək vurğulayıb ki, ölkəmiz də bu bəla ilə mübarizədə ciddi işlər görür. Narkomaniya kimi bəlaya qarşı mübarizə aparmaq üçün ictimaiyyətin səyinin birləşdirilməsinin vacib olduğunu deyən C.Manafov gənclərin sağlam böyüməsinin çox önəmli olduğunu vurğulayıb.
Layihə çərçivəsində Masallı, Lənkəran və Sumqayıt şəhərlərində yaşayan gənclər arasında bu yöndə təbliğatın daha effektli qurluması üçün təkliflər hazırlanacaq.