adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Oktyabr 2014 15:53
6587
MƏDƏNİYYƏT
A- A+

225 nömrəli məktəbdə dərslər bərpa olunub

Üç gün öncə güclü küləyin əsməsi nəticəsində dam örtüyü uçan 225 nömrəli məktəbdə təmir-bərpa işləri yekunlaşıb və bu gündən dərslər başlayıb.

 225 nömrəli məktəbin direktoru Sevda Eminovanın verdiyi açıqlamaya görə, bu gün səhər saatlarından etibarən məktəbdə dərs prosesi əvvəlki qaydada aparılır.

Xatırladaq ki, oktyabrın 19-u axşam saatlarında güclü külək nəticəsində Bakı şəhərindəki 225 nömrəli məktəbin dam örtüyünün bir hissəsi uçmuşdu. Nəticədə məktəbdə tədris aparmaq qeyri-mümkün olduğundan tədris dayandırılmışdı.