adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Oktyabr 2014 13:29
7519
MƏDƏNİYYƏT
A- A+

I ”Sələflər və xələflər” beynəlxalq simpoziumu öz işinə başlayıb

Bakıda AMEA Nəsimi adına Dilçilik İnstitutu və Qafqaz Universitetinin təşkilatçılığı ilə görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyi və akademik Məmmədağa Şirəliyevin anadan olmasının 105 illiyinə həsr olunmuş "Sələflər və xələflər” mövzusunda birinci beynəlxalq simpozium öz işinə başlayıb.

Adalet.az xəbər verir ki, tədbiri AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev açıb. O bildirib ki, beynəlxalq konfransa "Sələflər və xələflər” adını seçəndə Prezident İlham Əliyevin elmi ağsaqqal nəslinə, o cümlədən gənc nəsilə eyni dərəcədə dövlət qayğısı verdiyi əsas tutulub. Dövlət başçısı yaşlı alimlərin fəaliyyətinə yaş hüdudu qoymur.

Simpozumun açılışında akademik Teymur Kərimli, AMEA-nın prezidnet Akif Əlizadənin təbrik məktbunu oxuyub. Daha sonra akademik Kamal Abdulla, Qafqaz universitetinin rektoru Əhməd Sanıc çıxış ediblər. Çıxış edənlər Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının, ədəbi irsinin gənclər üçün önəm kəsb etdiyini vurğulayıblar.

Qeyd edək ki, müasir dilçiliyin problemlərinin müzakirə olunacağı bu tədbirə dünyanın 12 ölkəsindən, o cümlədən Avropa , MDB və türkdilli ölkələrin nüfuzlu dilçi alimləri qatılıblar. Türkiyəli 94 yaşlı məşhur dil mütəxəssisi Zeynəb Qorxmaz da bu beynəlxalaq elmi toplantıya qatılıb. Beynəlxaq simpozum öz işini sabah Qafqaz Universitetində davam etdirəcək.

Bildiriək ki, simpozum oktybarın 24-ə kimi davam edəcək.