adalet.az header logo
  • Bakı 13°C
22 Oktyabr 2014 12:44
4905
SİYASƏT
A- A+

“Ümumdünya Ticarət Təşkilatına daxil olmaq vacibdir” - Vahid Əhmədov

"Azərbaycanın Ümumdünya Ticarət təşkilatına daxil olması üzərində xüsusi komissiya işləyir. Komissiyaya da xarici işlər nazirinin müavini başçılıq edir. İş İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə aparılır və təşkilata daxil olan ölkələrlə lazım olan protokollar imzalanır”. Adalet.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata daxil olması ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaq: "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasında əsas məqsəd Azərbaycanın daxili bazarının inkişafını qorumaqdan ibarətdir. Gömrük vergilərini qoruyub saxlamaq da gündəmdə olan məsələlərdəndir. Bir çox ölkələr təşkilata daxil olanda 5 il əvvəldən güzəştlər götürmüşdülər. Azərbaycan da yəqin ki, müəyyən güzəşt götürəcək. Bu güzəştlər gömrük dərəcələrini stabil saxlamaq, Azərbaycanın iqtisadi bazarında durğunluğun yaranmasının qarşısını almaq üçün lazımdır. Yalnız bu işlər tamamlandıqdan sonra Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil ola bilər. Əlbəttə ki, ilk illər müəyyən problemlər yarana bilər, amma bu təşkilata daxil olmaq Azərbaycan üçün vacibdir”.