adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Oktyabr 2014 12:32
7380
KRİMİNAL
A- A+

Alt paltarında narkotik gizlədən qadın saxlanılıb

Bakıda qohumu üçün həbsxanaya alt paltarında narkotik maddələr keçirmək istəyən Balakən sakini saxlanılıb.

 

Adalet.az Ədliyyə Nazirliyi Penitensiar xidmətinə istinadən xəbər verir ki, penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Orxan Ağasəf oğlu Səfərəliyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu, Balakən rayonu, Qullar kəndində yaşayan vətəndaş Tamara Kamil qızı Əzizovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan paketlərdə 100 ədəd dərman həbi – metodon, 3,882 qram narkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, Orxan Səfərəliyev Cinayət Məcəlləsinin 181.1.2 (quldurluq) maddəsinə əsasən azadlıqdan məhrum edilib.

 

Fakt üzrə araşdırma aparılır.