adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Oktyabr 2014 11:42
14228
TEXNOLOGİYA
A- A+

İnternet istifadəçilərinə xəbərdarlıq

"MX Lab” e-poçt vasitəsi ilə yayılan "my new photo ;)” mövzulu yeni troyanı aşkar edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN)  verilən məlumata görə, bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.

RYTN yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir.

Mərkəz bildirir ki, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan "HEUR/QVM03.0.Malware.Gen” və ya "Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür.

Qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib.