adalet.az header logo
  • Bakı 13°C
22 Oktyabr 2014 10:39
4353
DÜNYA
A- A+

Büyükfırat Azərbaycana attaşe təyin olundu

Türkiyə Azərbaycana yeni təhsil attaşesi təyin edib. Yeni attaşe Abdulqafar Büyükfıratdır. Büyükfıratın ötən gün vəzifəsinin icrasına başladığı bildirilib. 

Əslən Şanlıurfadan olan A. Büyükfırat 1953-cü ildə Adıyaman vilayətinin Samsat rayonunda anadan olub. Türkiyə Milli Təhsil Nazirliyinin təcrübəli kadrlarından olan Büyükfırat Adana, Adıyaman, Kırklareli vilayətlərində müxtəlif vəzifələrdə, o cümlədən İstanbul marif müdirinin müavini və Nevşehir marif müdirliyi vəzifələrində çalışıb. 

Bir çox uğurlu layihələrə imza atan Büyükfırat bu addımı ilə Türkiyə təhsilinə böyük dəstək verib və bu sahədə mükafatlar alıb.