adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Oktyabr 2014 14:51
5919
KRİMİNAL
A- A+

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub

Axtarışda olan Rusiya vətəndaşı Azərbaycanda tutulub.

Apa-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında axtarışda olan Mahir Məmmədov saxlanılıb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib. Saxlanılan şəxs Cinayət Məcəlləsinin 327-ci maddəsi (rəsmi sənədləri, möhürləri saxtalaşdırma, hazırlama, satma) üzrə ittiham olunur.