adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Oktyabr 2014 13:46
5777
KRİMİNAL
A- A+

Silsilə cinayətlər törətmiş 17 yaşlı oğlan tutuldu

Bakıda oğurluq və soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb. Adalet.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Anar Qabilov yaxalanıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, A.Qabilov sentyabrın 14-də Cavadxan küçəsində Sevda Hacıyevanın boynundan qızıl boyunbağını qıraraq qaçıb, oktyabrın 12-nə keçən gecə Moskva prospektində yaşayan İmran Məmmədova məxsus "Toyota” markalı avtomobildən, şüşəni sındırmaqla 300 manat və iki ədəd gödəkçəni oğurlayıb. A.Qabilov oktyabrın 12-nə keçən gecə Moskva prospektində yaşayan Şahin Zurnayevə məxsus "Kia” markalı avtomobilin yan şüşəsi sındırıb.

Daha sonra Cavadxan küçəsində yaşayan Bəxtiyar Manafova məxsus "Toyota” markalı avtomobildən, şüşəni sındırmaqla video müşahidə kamerasını götürüb.