adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Oktyabr 2014 13:28
3211
İDMAN
A- A+

Çempionlar Liqasında III tura start verilir

Bu gün Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına start veriləcək.

Adalet.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. 

E qrupunun lideri "Bavariya" səfərdə "Roma"nın qonağı olacaq. "Mançester Siti" klubu isə Moskvada CSKA ilə qarşılaşacaq.

F qrupunda "Barselona" öz meydanında "Ayaks"ı, APOEL isə PSJ-ni qəbul edəcək.

G qrupunun lideri olan "Çelsi" klubu doğma meydanda Sloveniya çempionu "Maribor"u sınağa çəkəcək. Almaniyada isə "Şalke" - "Sportinq" oyunu keçiriləcək. 

H qrupunda keçirdiyi iki oyunda heç-heçə edən "Şaxtyor" (Donetsk) klubu səfərdə BATE-nin qonağı olacaq. "Portu" isə öz meydanında "Atletik" (Bilbao) ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin III turunun qalan 8 oyunu sabah axşam keçiriləcək.