adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Oktyabr 2014 13:06
10565
MƏMLƏKƏT
A- A+

“Discover Azerbaijan” təqdim edir - tarixin yol yoldaşı Şəmkir - Fotolent

Şəmkir - V əsrdən başlayan qədim tarixə malik şəhərdir.

Şəmkir - V əsrdən başlayan qədim tarixə malik şəhərdir. Xalqların və mədəniyyətlərin qarışığı şəhərə müəyyən üslub verib. İki il əvvəl şəhərdə bərpa işləri aparılıb və indi Şəmkir cəsarətlə qonaq qəbul edə bilər.

İnzibati binaların, həmçinin parklar və əyləncə mərkəzlərinin əksəriyyətinin yerləşdiyi mərkəzi prospekt

Şahmat məktəbi. Qeyd etmək lazımdır ki, bir müddət əvvəl şəhərdə Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilmişdir. Yarışda iştirak etmək üçün Şəmkirə Maqnus Karlsen, Fabiano Karuana, Xikaru Nakamura, Serqey Karyakin və başqaları kimi dünya şahmatının ulduzları toplaşmışdılar.

Biz məktəbdən iki addım keçib, H.Əliyev adına parka düşdük.

Park bərpa olunub, landşaft dizaynı dəyişdirilib. Bütün park boyunca süni gölə axan bax bu cür kanal-çay keçir.

İstirahət üçün ən yaxşı preparat skamyada oturub göldə üzən qu quşlarını müşahidə etməkdir.


Bir qədər uzaqda uşaqlar üçün böyük əyləncə mərkəzi yerləşir.

Böyüklər üçün də həmçinin attraksionlar tapa bilərsiniz. Amerika təpələrinin mini versiyası.

Biz içəri girərkən böyük buz meydançasını və bir çox oyun aparatını, hər zövqə uyğun simulyatorları görüb, daha çox təəccübləndik.

Adi günlərdə burada camaat azdır, amma kassirin iddialarına görə, istirahət günləri burada iynə atsan yerə düşməz. Düzünü desək, inanırıq.

Yerli burger kafedə - Şəmburqda dadlı fasilə. Buranın bütün konsepsiyası məşhur brendi çox xatırladır, amma hər şey səliqəli şəkildə yerli tərzə uyğunlaşdırılıb. Və yeri gəlmişkən, hətta çox dadlıdır.

Yolumuza davam edirik.


Hündürlüyü təqribən 100 metr olan bayraq dirəyinin yerləşdiyi Bayraq Meydanı. Özülündə ikimərtəbəli bayraq muzeyi. Meydanın sağ tərəfində isə gənclər mərkəzi.


Səkkizguşəli ulduz formasında tikilmiş muzeydə Azərbaycanın ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqlarıyla tanış olmaq olar. Həmçinin İrəvan xanlığının da.


Gənclər mərkəzində sərgi salonu. Mərkəzdə həmçinin nəhəng kitabxana, tikiş dərnəyi, TV studiya və bir çox başqa şeylər var. Sevindirici haldır ki, ölkə gəncləri üçün daha çox şərait və imkanlar yaradılır.

Şəhərin yuxarı hissəsi qalan şəhərdən bir az fərqlənir. Hisslər kiçik alman qəsəbəsindəki kimidir.

Şəhərin"Annenfeld” (1909-cu il) adlandırıldığı dövrdə almanlar tərəfindən tikilmiş Lüteran kilsəsi. O, 1941-ci ildə almanların deportasiyasına qədər fəaliyyət göstərirdi.


Üzeyir Hacıbəyov və Əhməd Cavad "İstiqlal" parkında milli himni yazarkən. Böyük bəstəkar və Şəmkir rayonunda doğulmuş dahi şairə çox gözəl abidə.

Miniatür abidələr parkı və ya "Abidələr Parkı". Əgər havadan baxsaq, parkın çiçək ləkləri Azərbaycanın xəritəsinin konturlarını yaradır, fəvvarəli hovuz isə – Xəzər dənizidir. Abidələrin bütün surətləri ölkənin müxtəlif regionları üzrə yerləşdirilmişdir.

Biz artıq getməyə hazırlaşırdıq ki mədəniyyət mərkəzinin əməkdaşları vaxtında bizi dayandırdılar və şəhərin kənarına yönləndirdilər.

Məlum oldu ki, şəhərətrafı qəsəbədə fəal şəkildə arxeoloji qazıntılar aparılır, hansı ki sayəsində Azərbaycan tarixində yeni səhifələr açan maraqlı açılışlar edilmişdir.

Arxeoloji ekspedisiyanın rəhbəri Tarix Dostuyevin bizə danışdığına görə, 2006-cı ildə institutun arxeoloji dəstəsi şəhərin iç hissəsində (Şəhristanda) kəşfiyyat xarakterli qazıntılar aparmış və nəticədə şəhərin mədəni təbəqəsinin stratiqrafiyası müəyyənləşdirilmişdir.

Şəhər divarlarının bir hissəsi. Əvvəlcə bir divar var idi, amma sonra düşmənlərin basqınlarından şəhərin müdafiəsinin gücləndirilməsi üçün əlavə olaraq daha 2 divar tikilmişdi. Təəccüblüdür ki, bütün bunlar çox əsrlər ərzində yerin altında idi. Təbiət onları bu günümüzə qədər qoruyub saxlamışdır.

Qazıntılar göstərir ki, VIII əsrin sonundan və XIII əsrin birinci onilliklərinə qədər burada həyat qaynayırdı. Şəmkirin çiçəklənməsi isə XI-XII əsrlərə təsadüf edir. Bəli, əlbəttə ki bu, Azərbaycanın adi şəhərlərindən biri idi və o dövrün bütün şəhərləri kimi başqa müsəlman şəhərlərinə bənzəyirdi.

Kompleksin ərazisində 15-dən çox insan işləyir. Yaxın vaxtlarda işlərin sürətlənməsi üçün əməkdaşların sayının artırılmasına söz veriblər.

Zəhmətli işdir, bəzən ilkin görünüşü korlamamaq üçün beli qırağa atıb mala və fırça ilə işləmək lazım gəlir.

Qazıntıların kənardan görüntüsü. Və bu, bu gün üçün qazılanın yalnız minimal hissəsidir. Tezliklə artıq tamamilə qazılmış şəhəri gəzməyi çox istəyərdim.

Artıq yola davam etmək vaxtıdır.

Gədəbəy

Şəmkirdən bir az yuxarıda yerləşən kiçik şəhər, öz Alp çəmənləriylə, bulaqlarıyla, həmçinin 1858-ci ildə Simens (Siemens) qardaşlarının burada qızıl yataqlarının yerini kəşf etməsiylə məşhurdur.

Şəhərə giriş vaxtı görüntü.

Bu yaxınlarda bərpa edilmiş aşıqlar məktəbi. Məktəb şəhərin hörmətli yerlərindən birində yerləşir.Məktəbdən bir az aşağı böyük yaşıl teatr. Bayramlarda burada tamaşalar və konsertlər olur.


Mərkəzi meydanda Gədəbəy Mədəniyyət Mərkəzi yer alıb.

Simenslər haqqında danışarkən demək olar ki, onlar bu regionda infrastrukturun yaradılması üzrə ən qabaqcıl tədqiqatçı idilər.

Onlar tərəfindən tikilmiş dəmir yol körpüsü vaxtilə qızıl filizinin daşınması üçün xidmət göstərirdi.

Əvvəlki şəkli çəkdikdən sonra uzun müddət təbiətdən zövq almaqdan başqa heç nə edə bilmədim. Sadəcə zövq almaq.

Simenslərin vaxtlarından şəhərdə çox şey yenidən tikilmişdi, yerli təsərrüfata uyğunlaşdırılmışdı, amma hansısa bir iz çıxır – qızıl emalı fabrikinin yanında yolun bərkidilməsi kimi.

Şəhərdən bir az yuxarı, parka yol gedir, və meşə təsərrüfatı. Daha qabağa gedib, biz köhnə Alban kilsəsini tapdıq.

Vaxt öz işini görür.

Geriyə yol. Davam edirik…

Fürsətdən istifadə edərək layihəni dəstəklədiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm.

Bizi izləməyə davam edin.

Məcid Əliyev