adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Oktyabr 2014 12:32
15142
MARAQLI
A- A+

Cəmi 6 ədəd qalmış kərgədanlar - Video

Ötən şənbə günü qoruqçular Keniya cəngəllik qoruqlarının birində yer üzündə barmaq sayı qədər qalan ağ kərgədan meyiti tapıblar.

İnterAz-ın məlumatına görə, bununla da yer üzündə mövcud olan ağ şimal kərgədanların sayı 6-ya düşüb. Nəsli kəsilməkdə olan bu heyvanlar ancaq xüsusi şəraitdə saxlanılırlar. Bu isə o deməkdir ki, artıq, sərbəst şəkildə təbiətdə ağ kərgədan yoxdur.

"Ol Pejeta” qoruğunun rəsmi açıqlamasına görə, Suni adlanan kərgədan cütləşmə qabiliyyətinə malik iki erkəkdən biri imiş. Artıq, qoruqda çoxalma qabiliyyətinə malik yalnız bir erkək və iki dişi kərgədan qalıb.

Qoruq yetkililərinin sözlərinə görə, kərgədanlar nadir hallarda cütləşirlər. Belə ki, sonuncu dəfə Suni 2012-ci ilin aprelində cütləşmə prosesində iştirak edib. Bu Najin adlı dişi kərgədanın 10 il fasilədən sonra ilk cütləşməsi olub. Lakin, bunun heç bir nəticəsi olmayıb.

Bildirək ki, yer üzündə kərgədanların müxtəlif növləri var. Dünya vəhşi təbiət fondunun hesabatına əsasən, cənub ağ kərgədanlarının sayı böyük cəhdlər nəticəsində 20 minə çatdırılıb.

Bildirək ki, ölən kərgədan 34 yaşında imiş. Qoruqdan onun buynuzuna görə ovlanmadığı bildiriblər. Bundan əvvəl isə, şimali Afrika savannalarında mövcud olan minlərlə ağ kərgədan məhz, buynuzuna görə brokonyerlər tərəfindən ovlanıb. Qoruq rəsmisi bunu insan tarixinin acgözlük və utanc səhifəsi adlandırıb.