adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Oktyabr 2014 01:24
6259
LAYİHƏ
A- A+

AZƏRBAYCAN REALLIĞININ ZAQATALA NÜMUNƏSİ

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Paylaşılan və bütünləşən inkişaf


...Kim necə görür, necə izləyir və necə düşünür, deyə bilmərəm. Ancaq Azərbaycan reallığı bir həqiqəti bütünlüklə təsdiqləyir və insanı heyran edir. Müstəqilliyini qazanan ölkəmiz son illər daim inkişafda və yüksəlişdədir. Bakıdan tutmuş respublikanın ən ucqar bölgələrinə kimi gəzib görə bilənlər üçün bütün bunlar gerçəkdən şirin bir həqiqətdir. Və hərdən adama elə də gəlir ki, daha görülən işlərlə kifayətlənmək mümkündür, ya bəlkə də götürülən istiqamətlərin bəzilərini bitmiş hesab etmək olar. Dövlətimiz, ölkə rəhbərliyi isə yeni-yeni proqramların, nəhəng layihələrin sorağındadır. Özü də tam qətiyyətlə. Və biz bu qətiyyəti hər dəfə cənab Prezidentin nitq və çıxışlarında daha aydın eşidib görür, qürur hissi keçiririk.

Prezident: "Bu tarixi nailiyyətdir..."

Nazirlər kabinetində 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir. Biz onsuz da bilirik ki, düz yoldayıq, Azərbaycan inamla inkişaf edir..."
Respublikamızda inkişafın və müasirləşmənin ən parlaq nümunələrindən biri də Zaqatala rayonudur. Kəndlərdən tutmuş rayon mərkəzinə kimi görülən işlər və yüksəliş hətta iradəmizdən asılı olmayan təbii fəlakətlərin də müəyyən dövr yaratdığı acıları az vaxt ərzində unutdura bildi. Ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasətin təzahürləri Zaqatalanın da taleyində mühüm rol oynamaqdadır.

...Və icra başçısının bu
nailiyyətə əsaslanan nikbinliyi

Bütün bunlar barədə ümumrayon müşavirəsində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Mübariz Əhmədzadə də geniş məlumat vermişdir. M.Əhmədzadə demişdir:
- 2014-cü ilin doqquz ayında rayonumuzda "Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində işlər davam etdirilmiş, 176,1 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Məhsul buraxılışı əvvəlki illə müqayisədə kənd təsərrüfatında 3,1 faiz, sənayedə 36,6 faiz, rabitədə 22,9 faiz, nəqliyyatda 10,3 faiz, ticarətdə 3,2 faiz çox olmuş, pərakəndə əmtəə dövriyyəsi 3,9 faiz artmış, 1131-i daimi olmaqla 1186 yeni iş yerləri açılmışdır.
2014-cü ilin doqquz ayında büdcəyə vergi və tədiyyələr üzrə 5,8 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 118,4 faiz icra edilmişdir. Hesabat ilində mərkəzləşdirilmiş xərclərdən 13,6 milyon manat subsidiya alınmış, büdcə xərcləri 16,9 milyon manat və ya 89,1 faiz icra olunmuşdur.
2014-cü ilin doqquz ayında sosial müdafiənin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əməkhaqlarının vaxtında verilməsi təmin edilmiş, aztəminatlı ailələrə qayğının artırılması diqqət mərkəzində saxlanılmışdır. Hesabat ilində 699 pensiya işi təyin edilmiş, 16655 pensiyaçıya xidmət göstərilmiş, 4,4 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 96,0 faiz icra olunmuş, 25 hüquqi və fiziki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq edilmişdir.
2014-cü ilin doqquz ayında rayonda 4594 nəfərə sosial müavinət, 1525 ailənin 6574 üzvünə (hər ailəyə orta hesabla 133,64 manat) ünvanlı sosial yardım verilmiş, 220 nəfər tək-kimsəsiz qocalara xidmət göstərilmişdir.
İl ərzində məşğulluq xidməti orqanları tərəfindən 628 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 489 nəfər münasib işlə təmin olunmuş, 10 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir.
Cənab Prezidentin tapşırığı əsasında ASAN xidmət mərkəzləri fəaliyyət göstərməyən bölgələrdə ASAN xidmətin səyyar avtobuslarının əhaliyə xidmət göstərməsi nəzərdə tutulmuşdur. 19 iyul 2014-cü il tarixdən ASAN xidmətin səyyar avtobusları rayona gəlmiş və rayon Mədəniyyət evində və Mədəniyyət evinin qarşısında əhalinin xidmətdən yararlanması üçün əlverişli şərait yaradılmış və qonşu rayonlar da daxil olmaqla 5 min nəfərdən çox vətəndaşa xidmət göstərilmişdir.

Aqrar sektorda yeni uğurlar

Son illərdə aqrar sektorda həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində 2014-cü ilin 9 ayında rayonda 87,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Hesabat dövründə kənd təsərrüfatı işləri aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilmiş, rayonda cari ilin 9 ayında 23,9 min ton taxıl, o cümlədən 16,7 min ton buğda, 31,6 min ton qarğıdalı, 320 ton günəbaxan, 244 ton lobya, 15,1 min ton kartof, 18,9 min ton tərəvəz, 8,2 min ton bostan məhsulu, 871 ton tütün, 18,6 min ton meyvə, 188 ton üzüm, 16 ton yaşıl çay yarpağı istehsal olunmuşdur.
(ardı gələn sayımızda)

MƏZAHİR ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ