adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Oktyabr 2014 11:27
4646
MƏMLƏKƏT
A- A+

Nazirliyin səlahiyyətləri artırıldı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Adalet.az saytının məlumatına görə Fərmanda Prezident "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilməsini qərara alıb: "Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq”.

Bununla da Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.