adalet.az header logo
  • Bakı 20°C
21 Oktyabr 2014 11:23
3417
SİYASƏT
A- A+

Növbədənkənar qurultay Arif Hacılının devrilməsinə hesablanıb

"Növbədənkənar qurultayın keçirilməsi ilə bağlı fikir Nizamnaməyə olan dəyişikliklərlə bağlıdır”. Bu sözləri başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Müsavat başqanının müavini Gülağa Aslanlının partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı irəli sürdüyü təkliflərə münasibət bildirərkən deyib.

Səxavət Əlisoy bir sıra məsələlərdə narazı olduğunu istisna etməyərək deyib ki, keçirilməsi planlaşdırılan növbədənkənar qurultayda Müsavatın yeni başqan seçkisi keçirməsi mümkünsüzdür: "Təbii ki, burada onların fikrində yeni başqan seçkisi söhbəti yoxdur. Qurultayda da söhbət olmuşdu ki, Nizamnaməyə müəyyən dəyişikliklər olsun. Onun üzərində işləyirlər. Çox güman ki, bunu nəzərdə tuturlar”.

Keçmiş müşavir eyni zamanda onu da qeyd edib ki, hələlik narazı olanlar bu məsələdə fikirlərini tam olaraq bildirməyiblər: "Belə ki, partiyanın müvafiq orqanlarına edilən müraciətlər hələ ki, cavablandırılmayıb. Rəsmi cavab gözləyirik. Rəsmi cavab açıqlanandan sonra məsələ ilə bağlı fikrimizi açıqlayacağıq”.