adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Oktyabr 2014 11:08
4809
HADİSƏ
A- A+

QHT rəhbərinin maşını yandı

Yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub Bakının Səbail rayonunda avtomobil yanıb.

 Hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. "Lexus" markalı  10- UA-350  dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan  2 nəfər xəsarət almayıb.

Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

 İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

 Qeyd edək ki, zərərçəkən Mahirə Əmirhüseynova "XXI Əsrin Qadınları” İctimai Birliyin rəhbəridir.