adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Oktyabr 2014 23:18
5193
MƏMLƏKƏT
A- A+

Kəngərli yeni vəzifəyə təyin olundu

AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna Elmi işlər üzrə direktor müavini təyin edilib.

 

İnstitutdan Adalet.az-a verilən məlumata görə, bu gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutnun direktoru, akademik Teymur Kərimli Aybəniz Əliyeva-Kəngərlini kollektivə təqdim etdiblər.

 

Qeyd edək ki,  Aybəniz Əliyeva-Kəngərli uzun müddət AMEA Mərkəzi Elmi Kitabxanasına rəhbərlik edib.