adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Oktyabr 2014 21:04
4177
SİYASƏT
A- A+

Əli Həsənov ATƏT-in Bakı layihə əlaqələndiricisini qəbul edib

Baş nazirin müavini Əli Həsənov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib.

 

Adalet.az xəbər verir ki, Ə.Həsənov diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.

 

Gorüşdə Ə.Həsənov, eyni zamanda, bu münaqişə nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın problemləri, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq onlara göstərilən hərtərəfli dövlət qayğısı barədə də məlumat verərək bildirib ki, bu təbəqədən olan soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqəsdilə ötən müddət ərzində respublikamızın müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 86 müasir qəsəbə salınıb, 42 min ailə - 210 mindən çox soydaşımız bu qəsəbələrə köçürülüb. Hazırda bu sahədə işlər davam etdirilir.