adalet.az header logo
  • Bakı 12°C
20 Oktyabr 2014 18:12
3224
MƏMLƏKƏT
A- A+

FHN-in ötən 9 aya olan statistikası

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin 9 ayı ərzində ölkədə baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb. 


Adalet.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, 2014-cü ilin 9 ayı  ərzində respublika ərazisində 9 min 828 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 min 495 hadisə və ya 34 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 50 nəfər həlak olub, 123 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 17 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub.

 

2014-cü ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə  operativ olaraq 9 min 691 çıxış edilib. Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlara görə 1800, açıq sahələrdə yanğınlara görə 6 min 101, meşə və meşə talalarında yanğınlara görə 38 çıxış, nəqliyyat vasitələrində yanğınlara görə 289 çıxış, digər yanğınlara görə isə 1463 çıxış təşkil edilib.

 

Yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 82 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 6 nəfər və ya 13 faiz az, xəsarət alanların sayı isə 25 nəfər və ya 44 faiz çoxdur.

 

2014-cü ilin 9 ayı ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və ya 17 faiz çoxdur. Partlayışlar zamanı 9 nəfər həlak olub, 40 nəfər xəsarət alıb.